İntizam Komitəsi “Neftçi”nin futbolçusunu cəzalandırdı

7 Aprel 2015 16:36 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

Topaz Premyer Liqasının XXVII turunun "Xəzər Lənkəran" – "Sumqayıt" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXVII turunun "Simurq" – AZAL matçında "Simurq" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXVIII turunun AZAL – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXVIII turunun "Simurq" – "Neftçi" matçında "Neftçi" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 74-cü dəqiqəsində "Neftçi" klubunun 2 №-li futbolçusu Karlos Kordoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1). Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq (maddə 32, maddə 33).

Əvəzedici heyətlərin XXVIII turunun "İnter" – "Xəzər Lənkəran" matçının 60-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun 23 №-li futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).

Əvəzedici heyətlərin XXVIII turunun AZAL – "Qəbələ" matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun XXII turunun "Şuşa Qarabağ" – "Mil-Muğan" matçında "Mil-Muğan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 38-ci dəqiqəsində "Şuşa Qarabağ" klubunun 26 №-li futbolçusu Tərlan Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionun XXII turunun "Rəvan" – "Turan Tovuz" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun XXII turunun MOİK – "Kəpəz" matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).