Aprel ayının 9-da doğma meydanda "Neftçi"ni qəbul edəcək "Xəzər Lənkəran" matçın hazırlığına start verib. SİA-nın məlumatına görə, komanda dünəndən Lənkərandakı bazasında məşqlərə başlayıb və bütün futbolçular hazırlığa qatılıb.
Qeyd edək ki, XXIX tur çərçivəsində baş tutacaq "Böyük oyun" saat 17.00-da start götürəcək və "Xəzər Lənkəran" TV ilə canlı yayımlanacaq.