Zabitlərimiz Azərbaycan-ABŞ hərbi konfransına qatılacaqlar

7 Aprel 2015 09:33 (UTC+04:00)

Aprelin 7-də Bakı şəhərində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması konfransı, aprelin 8-dən iyunun 10-dək San Antonio şəhərində (ABŞ) ABŞ Quru Qoşunları Kollecində "Komanda və Qərargah" kursu keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.