Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Həşim Həşimov Almaniyanın Muehlaker şəhərində keçirilmiş "Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq" adlı Beynəlxalq müsabiqədə II dərəcəli Diploma layiq görülüb. SİA-nın verdiyi məlumata görə, gənc pianoçu bu il habelə Serbiyanın Belqrad şəhərində keçirilmiş "Davorin Jenko" adına Gənc pianoçuların Beynəlxalq müsabiqəsində də böyük uğurla iştirak edərək I dərəcəli Diplomla təltif olunub.
Məktəbin bəstəkarlıq ixtisası üzrə şagirdi Arzu Abbasovanın skripka və fortepiano üçün yazılmış "Dalğaların rəqsi" (Dance of the waves) əsəri ABŞ-ın Nyu York şəhərində keçirilən gənc qadın bəstəkarların müsabiqəsində mükafata layiq görülüb.