Xərçəng xəstəliyinə tutulma riskini müəyyən ediblər

5 Aprel 2015 16:18 (UTC+04:00)

Belçikali alimlər qısamüddətli tədqiqat nəticəsində bu qənaətə gəliblər ki, kişilərin döş qəfəsi xərçəngi xəstəliyinə tutulma riski daha yüksək olub, 1/800-ə bərabərdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kişilərdə döş qəfəsinin xərçəngi xəstəliyi qadınlarla müqayisədə qat-qat təhlükəlidir, çünki onu diaqnozlaşdırmaq praktiki olaraq mümkün deyil. Tədqiqat xarakterli məlumata görə, bu onkoloji xəstəlik bütün yoluxma hallarının bir faizini təşkil edir. Kişilərdə bu xəstəliyin ilk əlamətlərinin yaranması səbəbi irsi meyillilikdir. Təəssüf ki, kişilərdə onkoloji xəstəliyin əlamətləri yalnız sonrakı mərhələdə müəyyən edilə bilir.

Onkoloji təbabətə aid elmi məqalədə göstərilir ki, döş qəfəsində şiş aşkar görünən bir gənc kişi həkimə müraciət edib, lakin müalicə prosesinin heç bir müsbət təsiri olmayıb.