Estoniya Respublikasının Narva şəhərində keçirilmiş İ.S.Bax adına Beynəlxalq müsabiqədə gənc pianoçular - Bakı şəhər R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavid Cəfərli, T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Zərqələm Mehdiyeva və Ayla Həsənova, R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə şagirdləri Emil Əhmədzadə, Nəzrin Nəzirli, Cəmil Sədizadə, Jalə Mailova, Zəminə Kərimli və Fatimə Qabulzadə böyük uğurla iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, fortepiano solo və fortepiano ansamblı nominasiyaları üzrə şagirdlərimiz 5 birinci, 4 ikinci, 1 üçüncü mükafata layiq görülüblər.