Hollivud ulduzları “Forsaj 7”nin təqdimatında

3 Aprel 2015 01:41 (UTC+04:00)

ABŞ-da çoxdan gözlənilən "Forsaj 7" filminin premyerası keçirilib. Təqdimat mərasiminə filmin aktyor heyəti tam heyətlə qatılıb.

Gecədə iştirak edən Vin Dizel, Mişel Rodriges, Dueyn Conson, Lyuk Evans, Cordana Bryüster, Elza Pataki və Ceyson Stethem pərəstişkarlarını salamlayıblar.

Möhtəşəm premyerada bircə Pol Uolker olmayıb. O, 2013-ci ildə avtomobil qəzasında faciəvi şəkildə həlak olub.