Sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

2 Aprel 2015 17:13 (UTC+04:00)

Bakının Zığ dairəsi - Hava Limanı avtomobil yolunda sürət həddi əvvəlki vəziyyətə - 80 km/saata qaytarılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin SİA-ya verdiyi məlumata görə, Böyükşor - Hava limanı - Bilgəh yolunda isə yol hələ də yaş olduğundan orada sürət həddində dəyişiklik edilməyib.


Xatırkadaq ki, bu gün hava şəraiti ilə əlaqədar olaraq Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Belə ki, yollar üzrə müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.