Haşteqnamə

1 Aprel 2015 16:29 (UTC+04:00)

Yalana son

Min sifətlə min yol seçib

Quru "Yurd"da qalana son!

Gah İvana, gah da Cona

Zurna-qaval çalana son!

Son söykəncək -"Milli Şura",

Allı Şura, güllü Şura...

Feysbukda 50 Şura,

50 Alik olana son...

Yalanlarla böyüdülən,

MıŞ-ıl-MıŞ-ıl uyudulan...

"MeŞok" – "MeŞok" üyüdülən

Böhtana son yalana son.

Paho, bu nə, radikaldı?

Yetişməyib, hələ kaldı...

Sifarişi kimdən aldı?

Verənə son alana son.

Bir donunu yüz çevirən,

Tərs çevirən, düz çevirən...

AXC-dən üz çevirən

Bu siyasi P-alana son.

Dirənmisən dalana...

Son!