Uçuşlarında gecikmə olan hava yolu şirkətləri

31 Mart 2015 14:59 (UTC+04:00)

Dünyadakı bir çox iri hava yolu şirkətləri ilə əlaqədar aylıq statistik məlumatlar dərc edən "Flightstats" şirkəti uçuşlar zamanı ən çox gecikmə yaşanan hava yolu şirkətlərinin siyahısını dərc edib. SİA-nın məlumatına görə, uçuşlarında ən çox gecikmə yaşanan hava yolu şirkəti Pakistan Beynəlxalq Hava yolları "Pai"-dir. Belə ki, Pakistan Beynəlxalq Hava yolları uçuşlarının yalnız 35%-ni vaxtlı-vaxtında həyata keçirir. Statistikaya görə, uçuşlarında ən çox gecikmə yaşanan ikinci hava yolu şirkəti isə "Air India". Hindistanın "Air India" şirkəti uçuşlarının yalnız 51%-ni zamanında həyata keçirir. Beynəlxalq uçuşlarında gecikmə olan bir sıra hava yolu şirkətlərinin statistikaya uyğun olaraq sıralaması bu şəkildədir:

"Ethidad Airways" –54%

"China Eastern Airlines" – 58%

İsrail hava yolu şirkəti olan "Al El" - 58%

"Ural Airlines" – 62%

Portuqaliya hava yolu şirkəti "TAP Portugal" – 65%

Çin hava yolu şirkəti "Air China" – 68%

Misir hava yolu şirkəti "Egypt Air" – 68%

Rus hava yolu şirkəti "Transaero Airlines" – 69%

Hong Kong mərkəzli hava yolu şirkəti "Cathay Pacific" – 70%

Türk Hava Yolları da – 70%

İsveçrə hava yolu şirkəti SWISS – 72%
Cənubi Koreya hava yolu şirkəti "Asiana Airlines" – 72%

İordaniya hava yolu şirkəti "Royal Jordanien" – 73%