HTC One E9 + satışa çıxarıldı

31 Mart 2015 12:17 (UTC+04:00)

Günlərdir haqqında danışılan HTC One E9 + Çin texnologiya bazarında rəsmən satışa çıxarılıb. SİA-nın xarici mediaya istinadən verdiyi məlumatına görə, indiyə qədər cihazla əlaqəli bir çox məlumatlar verilsə də, bazara çıxarılan HTC One E9 + heç bir xüsusiyyəti ilə alıcılarını təəccübləndirə bilməyib. Belə ki, HTC One E9 + 5.5 düym ekran, 2 GHz 64-bit səkkiz nüvəli MediaTek MT6795 prosessor, 2 GB RAM, 16 GB artıra bilən yaddaş və 2800 mAh batareya kimi bir çox telefonlarda rast gəlinən xüsusiyyətlərə malikdir. Telefonun texnologiya bazarında yeganə üstünlüyü 13 MP-lik arxa və Ultrapixel ön kameralara, həmçinin BoomSound stereo dinamiklərə sahib olmasıdır. Qeyd edək ki, telefon ən son Sense interfeysi ilə uyğunlaşdırılmış Android 5.0 Lollipop əməliyyat sistemininə malikdir.