Dərmanlar şəkərli diabet xəstələrin çəkisini artırır

29 Mart 2015 21:27 (UTC+04:00)

Tiazolidindionlar şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərman qruplarından biri kimi tətbiq edilir. Bu preparatlar toxumaların insulinə qarşı həssaslığını artırır. Lakin bu qrupdan olan preparatların kənar təsirlərindən biri çəki artımıdır. Xarici KİV-lər xəbər verir ki, Corciya Universitetinin alimləri bu zaman hansı bioloji mexanizmlərin işə düşdüyünü müəyyənləşdiriblər.

Siçanların orqanizmində alimlər aclığı stimullaşdıran hipotalamus hüceyrələri tapıblar. Sən demə qlükozanın metabolizminə cavabdeh olan reseptorlar heyvanın qidalanmasına nəzarət edən hüceyrələrdə lokallaşıb. Bu reseptor qrupunun fəallaşması gəmiricilərin iştahasını və gələcək üçün ərzaq ehtiyatına meyilliliyini yüksəldib. Reseptorların blokadası zamanı heyvanların iştahası azalıb və aclıq hissi artıb.