Çin və Hindistan kimi ölkələrin texnologiya bazarlarında maraqla qarşılanan aşağı xərcli ağıllı telefon istehsalçısı olan Çin şirkəti ZTE, ağıllı telefon istehsalını artırmaqdadır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən il olduğu kimi bu il də fərqli ölçülərdə ağıllı telefonlar istehsal etməyə davam edən ZTE, yeni ağıllı telefonları ZTE Nubia Z9 Max və Z9 Mini-ni rəsmi olaraq tanıdıb.
Keçdiyimiz həftələrdə internetə sızdırılan məlumatlar sayəsində üzə çıxan ZTE Nubia Z9 Maxın rəsmi olaraq tanıdılması, telefonun xüsusiyyətləri ilə maraqlanan şəxsləri sevindirib. Olduqca cəlbedici görünüşə malik olan Nubia Z9 Maxın texniki xüsusiyyətlərini 5.5 düym sensor ekran, Snapdragon 810 prosessor, 3 GB RAM, 16 GB daxili yaddaş, microSD yaddaş kartı dəstəyi, 2900 mAh və titan gövdə təşkil edir.
ZTE Nubia Z9 Mini-nin texniki funksiyaları isə digər telefonlardan Snapdragon 615 prosessor, 2 GB RAM, 16 GB daxili yaddaş, microSD yaddaş kartı dəstəyi və 2900 mAh batareya xüsusiyyətləri ilə fərqlənir. Qeyd edək ki, hər iki telefon iki SIM kartı dəstəkləyir. Bundan başqa telefonlar 16 megapiksel arxa, 8 megapiksel ön kameraya sahibdirlər