Galaxy S4 üçün Android 5.0 yeniləmə

27 Mart 2015 09:35 (UTC+04:00)

Xaırladaq ki, Samsung "Exynos" prosessorlu Galaxy S4 üçün Android 5.0 yeniləməsini ilk dəfə Rusiyada başlatmışdı. SİA-nın məlumatına görə, bazırda isə bu yeniləmə Hindistan, Qazaxıstan, Nepal və Şri Lankada həyata keçirilməyə başlanılıb.

Cənubi Koreya firması olan Samsung Galaxy S5 və Galaxy Note 4-ün ardından bu dəfə Galaxy S4 üçün Android 5.0 təkmilləşdirilmə yenilənməsini istifadəyə təqdim edib. Hindistanda OTA şəbəkəsi üzərindən başladılan yeniləmənin ölçüsü 327MB-dır.

Yeniləmə ilə birlikdə Samsungun təhlükəsizlik proqaramı olan Knox, 2.0 nömrəli versiyasına yüksəldildi. Digər önəmli addım isə yeniləmədə səssiz rejim xüsusiyyətinin geri qaytarılması olub. Qeyd edək ki, Android 5.0 kimi cihazlarda səssiz rejim xüsusiyyəti itmişdi.