Fransalı rəssamın “Xocalı qırğını” sərgisi

26 Mart 2015 09:43 (UTC+04:00)

Martın 25-də "Natəvan" qalereyasında tanınmış fransalı rəssam Reno Vinsent Baltzingerin "Xocalı qırğını" sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin, "Arts Council Azerbaijan"ın, Fransanın Azərbaycandakı səfirliyinin, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Sərginin kuratoru Nurziyə Xəlilovadır.

Sərgidən əvvəl rəssam Bakıda Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib.

Dünya tarixində soyqırımı faktları az deyil. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçməyib. XX əsrdə Azərbaycan xalqı iki dəfə soyqırımına məruz qalıb. Bu faciə tariximizə vəhşicəsinə qətlə yetirilmiş müdafiəsiz qadınların, qocaların və uşaqların qanı ilə həkk olunub.

Reno Vinsent Baltzinger "Xocalı" silsiləsinə daxil olan kətan üzərində çəkdiyi 21 əsərində öz hissləri vasitəsilə faciəmizi bütün dünyaya göstərir.

Sərgi martın 29-na qədər davam edəcək.