"Qardaş" ŞEİR

23 Mart 2015 11:40 (UTC+04:00)

Hardansa bir kəndir sallanıb yerə,

Sənin qismətindi, qalx yavaş-yavaş.

Saatdan ataraq dəqiqələri,

Bircə saniyəyə yükləndin, qardaş.

Çəkisi ağırdı qəm havasının,

Əlini sıxmağa əlim gəlmir heç.

Bu son səfərində dua edərək,

"Yaxşı yol", - deməyə dilim gəlmir heç.

Nigaran qalaraq əzizlərindən,

"Gəlibdi yanına balan"- deyərsən.

Qardaş, mən yubandım, mənim yerimə,

Atama, anama salam deyərsən.

Xanım İsmayılqızı