"Apple"dan yeni qurğu

22 Mart 2015 13:48 (UTC+04:00)

ABŞ-da "iPhone" smartfon sahiblərinin 40 faizi "Apple Watch" saatının alışında maraqlıdır. SİA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyinin apardığı tədqiqatda deyilir. Analitiklərin fikrincə, gələcək "Apple Watch" sahiblərinin əksər hissəsi artıq "iPhone" istifadəçisidir. Alıcıların yalnız cüzi hissəsi qurğunu "Apple" smartfonu ilə birlikdə alacaq. "Apple Watch" saatının satışına aprelin 24-də başlayacaq. Qurğunun qiyməti modifikasiya, korpusun materialı və kəmərindən asılı olaraq 350 dollar və 17 min dollar arasında dəyişəcək.