Aparıcı Lalə Mustafayeva dünyasını dəyişmiş həyat yoldaşı haqda yazıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı bu haqda fikirlərini sosial şəbəkədə qeyd edib: "Bu gün mənim canım, gözüm, yeganə sevdiyim kişi, həyat yoldaşımın doğum günüdür. Kaş ki, sağ olardın, səsini duya bilərdim. Əzizim, 34-cü yaşını sənsiz qeyd edirəm. Bu günümüzü birlikdə qeyd edə bilmədik. Sevdiklərinizə dəyər verin".
