"Gənc istedadlar"la Novruz şənliyi FOTOLAR

16 Mart 2015 15:45 (UTC+04:00)

Bu gün Bakı Dövlət Universitetinin "Gənc istedadlar" liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib. BDU-dan SİA-ya verilən məlumata görə, tədbiri liseyin direktoru, professor Qasım Hüseynov açaraq, Novruzla bağlı maraqlı fikirlər səsləndirib, bayram münasibətilə liseyin müəllim-şagird kollektivini təbrik edib.

Sonra liseyin təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramovanın rəhbərliyi ilə hazırlanmış proqram nümayiş olunub.

Liseyin 5-ci sinif şagirdlərinin təqdimatı ilə maraqlı səhnəсiklər göstərilib, Bahar bayramı ilə bağlı şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.