İlqar Mikayıloğlunun təqdim etdiyi "Gün üzü" verilişində qonaq olan Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu təhqir etdiyi üçün aparıcı ilə mübahisə edib. SİA-nın verdiyi xəbərə görə, o, Sami Yusufla bağlı "Haranın zibilidir ki?" fikrini səsləndirib.
Daha sonra reklam fasiləsində verilişdən uzaqlaşdırılan müğənni kanalda yaşananlara sosial şəbəkədə belə reaksiya verib:"Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram".