YAP-da yeni təyinat

12 Mart 2015 15:36 (UTC+04:00)

Martın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. İclasda təşkilati məsələlər müzakirə edilib. YAP-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsinin icrası növbəti konfransa qədər təşkilatın İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevə həvalə edilib.