Sən mənə dünyanın hədiyəsisən
Ən incə duyğulu, həzin səsisən
Hələ yazılmayan eşq nəğməsisən
Sevgini ver mənə, mən aşıb, daşam
Sənilə olanda azad bir quşam
Həyatım səninlə bağlıdır gülüm
Səninlə yaşayıb, səninlə ölüm
Qəlbimi sənin çün qoy yarı bölüm
Təkcə axı sənə, mən vurulmuşam
Sənilə olanda azad bir quşam
Mən qanad çalsamda uca göylərdə
Sevgi dastanımız gəzir dillərdə
Səndən xoş iz qalıb keçən illərdə
Mən yalnız səninlə eşqi duymuşam
Səninlə olanda azad bir quşam..
Eşqimiz bitməz dükənməz bizim
Mən sənin sahilin, sən eşq dənizim
Vurduğun hər dalğa, qəlbimdə izim
Sevgi ləpəsindən əriyən daşam
Səninlə olanda azad bir quşam
Hüseyn Həkimidən alsa bir çiçək.
Sevincdən göylərə qalxar o mələk
Sevgilim tək sənsən ömrümə bəzək
Mən sənsiz qalmaqdan çox yorulmuşam
Səninlə olanda azad bir quşam..
Hüseyn Həkimi