Polad Alemdardan yenilik

9 Mart 2015 12:21 (UTC+04:00)

"Kurtlar vadisi" serialından Polad Alemdar kimi tanınan Necati Şaşmazın "Pana Film" şirkəti tamaşaçıların qarşısına yeni serialla çıxacaq. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni serialın adı "Qara qutu"dur və serial martın 10-dan etibarən Türkiyənin "Kanal D" telekanalında yayımlanmağa başlayacaq.

Film ssenari cəhətdən müəyyən qədər "Kurtlar vadisi" ilə oxşardır. Bu bənzərlik isə ondadır ki, "Kurtlar vadisi"ndə Polad Alemdar, "Qara qutu"da isə Mehmet Duman gizli təşkilatda dövlət üçün işləyiblər.