Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı və Gənclər Birliyinin üzvlərinin iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Bir gül, min təbəssüm" adlı aksiya keçirilib. SİA- nın xəbərinə görə, Suraxanı rayonu ərazisində keçirilən aksiyada gənclər xanımlara gül çələngi hədiyyə ediblər.
Qadınlara "Yer üzünün ən zərif, ən gözəl və ən mərhəmətli varlıqları – Xanımlarımız ! Sizlər hər biriniz bir çiçəksiniz ! Hər biriniz ailələrin bəzəyi, cəmiyyətimizin yaraşığısınız ! – deyə, müraciət edilib.
Aksiyanın məqsədi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, bütün sahələrdə xüsusi xidmətləri olan fədakar ana və bacıları sevindirməkdən ibarət olub. Qadınları yalnız 8 Mart Qadınlar günündə deyil, hər zaman yad etməyə borcluyuq.
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayonu təşkilatı bütün qadınları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır. Bayramınız Mübarək olsun!