"Çelsi" İngiltərə Liqa kubokunun qalibi olub

2 Mart 2015 10:44 (UTC+04:00)

Futbol üzrə İngiltərə Liqa kubokunun yeni sahibi məlum olub. SİA-nın məlumatına görə, finalda "Çelsi" "Tottenhem"lə qarşılaşıb. "Çelsi" rəqibinin qapısından 2 cavabsız qol keçirib və qələbə qazanaraq kubokun sahibi olub.

1 mart

İngiltərə Liqa kuboku

Final

"Çelsi" - "Tottenhem" 2:0
Qollar: Terri, 45 (1:0), Ualker, 56-avtoqol (2:0)