Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb. SİA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Fond yarandığı vaxtdan 1 mart 2015-ci il tarixinədək Fonda 61 653 116 AZN, 211 791 ABŞ dolları və 593 avro vəsait yığılıb. Beləliklə, fevral ayında Fonda 748 155 AZN vəsait daxil olub.