Rusiyanın ən istedadlı və özünəməxsus üslublu müğənnisi Polina Qaqarina Bakıda konsert verəcək. SİA-nın verdiyi məlumata görə, Polina Qaqarina müğənni, mahnı müəllifi və bəstəkar, qeyri-adi, güclü səsə malik ifaçı, aktrisa, "Fabrika zvezd-2" qalibi, "Novaya volna" musiqili müsabiqəsinin, "İlin mahnısı" televiziya festivalının, "Muz-TV Mükafatı" laureatı, "Narodnaya zvezda" Ukrayna teleşousunun və "Prozrak Operı" telelayihəsinin iştirakçısıdır.
2012-ci ildə Polina Qaqarina məşhur bəxtəkar Konstantin Meladze ilə əməkdaşlığa başladı və yeni "Spektakl okonçen" sinqlını çıxardı. Sinql qısa müddət ərzində hitə çevrildi.
Qeyd edək ki, konsert 11 aprel, saat 20:00-da Heydər Əliyev adına Sarayda baş tutacaq. Biletlərin qiyməti 25-160 manat arasında dəyişir.