Tovuzda 12 subartezian quyusu qazılacaq

1 Mart 2015 12:59 (UTC+04:00)

Tovuz rayonunda bol məhsul götürmək üçün sahələrin suvarma suyu ilə təminatı diqqət mərkəzində saxlanılır. Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Elxan Əsgərov bildirib ki, torpaqların şoranlaşmasının və su itkisinin qarşısının alınması məqsədi ilə rayon ərazisində "Şimal-Qərb İnkişaf Layihəsi" çərçivəsində arxlarda ümumilikdə 203 kilometrlik təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Ötən il arxlarda ümumilikdə 44 kilometr betonlanma, 102 kilometr lildən təmizləmə işləri aparılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, keçən il rayon ərazisində 14 subartezian quyusu istifadəyə verilib və cari ildə əlavə 12 subartezian quyusunun qazılması qərara alınıb. /azertag.az/