Tennisçilərimiz Azərbaycan birinciliyində

28 Fevral 2015 19:27 (UTC+04:00)

Martın 2-də "Şüa" İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (AzSTF) birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında ölkə birinciliyinə start verilib.

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarışda respublikanın şəhər və rayonlarının yığma komandalarını təmsil edən 1997-1999-cu, 2000-ci il və azyaşlı idmançılar mübarizə aparacaqlar.

Federasiyadan bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd idmanın bu növünü təbliğ və inkişaf etdirmək, gənclərin stolüstü tennisə olan marağını artırmaqdır.