Əsas prospekt bağlıdır XƏBƏRDARLIQ

28 Fevral 2015 12:55 (UTC+04:00)

Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar bu gün səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol-şəhər istiqamətində təmir işləri aparılır. Bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.Bu barədə SİA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O deyib ki, Bağırov körpüsünün alt hissəsində tuneldə görülən işlər əsasən alkopanların dəyişdirilməsindən, yol cizgiləri və yol göstərici xətlərinin yenidən rənglənilməsindən və tuneldə bir sıra təmizlik işlərinin həyata keçirilməsindən ibarətdir: "Görülən işlər sabah günorta saatlarına qədər yekunlaşacaq".