Neft bahalaşıb

28 Fevral 2015 10:46 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 49,76 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,53 dollar artaraq 62,58 dollar olub.