Əfqansıtan prezidenti Şahin Mustafayevlə görüşdü

27 Fevral 2015 16:24 (UTC+04:00)

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olub. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib, Əfqanıstanın mədən və neft naziri Daud Saba və Əfqanıstanın Baş icraçı məmuru Abdullah Abdullah ilə görüşüb.

Görüşlərdə enerji, tranzit, logistika, tikinti materiallarının istehsalı və s. sahələrdə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.