Həbs edilən müğənni əməliyyat olundu

26 Fevral 2015 16:37 (UTC+04:00)

Bu gün müğənni Dəniz Səki əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, bu barədə sənətçinin mətbuat katibi Azad Aras məlumatlar verib: "Əməliyyat 3 saat çəkdi. Yumurtalıqlarda olan şiş götürülüb. Ağrıları və sancısı çoxdur. 15 gün ərzində nəticələr bilinəcək. Xərçəng riski yüksək olduğu üçün əməliyyat edildi".

Qeyd edək ki, onkoloji xəstəliklərdən əziyyət çəkən Dəniz Səkinin xərçəng xəstəliyinə tutulma riski var.