Xəzərdə zəlzələ olub

26 Fevral 2015 14:25 (UTC+04:00)

Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ saat 11:24:16-da qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.8, zəlzələ ocağının dərinliyi 55 km olub, hiss edilməyib.