Babəkdə silah tapıldı

26 Fevral 2015 13:11 (UTC+04:00)

Naxçıvan MR-nın Babək rayon sakini tapdığı ov tüfənglərini təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Babək rayon sakini Elvin Quliyev tapdığı 1 ədəd "Teksan TS 870" markalı, 1 ədəd "Ortsan" markalı və 1 ədəd "İJ" markalı ov tüfənglərini könüllü olaraq Naxçıvan Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verib.