Sürücülərə şad xəbər! yol açılır

25 Fevral 2015 15:12 (UTC+04:00)

Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları" QSC-nin qarşısına qədər olan hissəsində asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Nəqliyyat nazirliyi "Azəryolservis"ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq sözügedən küçənin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində frezlənmə və mərmər səki daşlarının düzülməsi işləri başa çatdırılıb.

Hazırda bağlı olan hissədə işlər sürətlə davam etdirilir. Həmin hissənin 3 gün ərzində yekunlaşması gözlənilir.