102-ci hərbi bazada daha bir HADİSƏ

25 Fevral 2015 11:44 (UTC+04:00)

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazada daha bir hadisə baş verib. SİA "aykakan jamanak" nəşrinə istinadən xəbər verir ki, budəfəki insident həmin bazada qulluq edən erməni hərbçisi Artur Afyanın yoxa çıxması ilə bağlıdır.

Adıçəkilən nəşr mənbələrə istinad edərək yazır ki, erməni hərbi qulluqçusunun yoxa çıxması səbəbi onun banklara olan külli miqdarda kredit borcları ilə bağlıdır. Belə ki, o, bir neçə gün öncə arvadına məktub yazaraq bildirib ki, yalanlar onun evini dağıdıb.

Xatırladaq ki, bir müddət öncə, 102-ci bazanın rusiyalı əsgəri Gümrüdə bir ailəni qətlə yetirmişdi.

Rövşən Nurəddinoğlu