Gömrük ödənişləri “Elektron hökumət” portalı ilə aparılacaq Yenilik

23 Fevral 2015 17:05 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin yeni elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. SİA-nın məlumatına görə, komitənin portala əlavə olunan "Gömrük ödənişləri" xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq imkanı yaradılıb. Bununla da komitənin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.