Səxavət Əlisoy ADR-dəki istefadan danışdı AÇIQLAMA

20 Fevral 2015 14:23 (UTC+04:00)

"Əvvəlcə guya beş nəfər gənc Azəraycan Demokratiya və Rifah Hərəkatından (ADR) istefa vermişdi. Amma sonradan üç gənc tamamilə istefanı təkzib etdi". Sözügedən fikirləri SİA-ya ADR hərəkatının Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy adıçəkilən qurumdan istefa verən bir neçə gəncin hansı səbəbdən uzaqlaşmalarına aydınlıq gətirərkən deyib.

Səxavət Əlisoy bildirib ki, hələ bir neçə gün öncə, Xəyyam adlı bir gənc və digərləri ADR-in gənclik qolunu yaratmaq istəkləri olduğunu ona demişdilər. Lakin həmin müraciətlərindən bir-iki gün sonra məlum addımnlarını atdılar. ADR-in Təşkilat Komitəsinin üzvü bəlli olayın Müsavat rəhbərliyi tərəfindən təəxribat ola biləcəyi ehtimalını da istisna etməyib: "Düşünürəm ki, kimlərsə bu gənclərə təsir etdi və bunun fonunda ajiotaj və şou yaratmağa cəhd göstərib".

Səxavət Əlisoy həmin bir neçə gəncin başında dayanan Xəyyam adlı birində psixoloji problem olduğunu deyib: "Xəyyam adlı gənci tanıyırdım və bir neçə dəfə onunla ayaqüstü söhbətlərim də olub. O insanda hansısa psixoloji problemin olduğu açıq-aydın görünürdü. Gənclər qolunu yartmağı digərlərinə həvalə etsək də, Xəyyam bunu daha tez edəcəyini bildirdi və öz öhdəsinə götürmüşdü. Burdan bir nəticəyə gəlmək mümkündür ki, bu adam kiminsə diqtəsi ilə, kiminsə tapşırığı ilə hərəkət edən biridir".

ADR təmsilçisi sözügedən istefanın hrəkat üçün problem olmadığını vurğulayıb və hazırda gənclər qolunun yaradılması istiqamətində daha real işlər aparıldığını qeyd edib: "Bizim üçün bu nə problem deyil, nə də onu itki saymırıq. Bu gün gənclik təşkilatını yaratmaq daha dolğun şəxslərə tapşırılıb. Bizi öz aləmlərində qəbul etməyənlər aramızdan samballı adamları qoparmağa çalışdılar. Çox oyunlar oynanılsa da, vədlər verilsə də heç kim qəbul etmədi. Cılız işə əl atmaqla, bir sıra bəyanatlar yaymaqla heç nəyə nail olmaq mümkün deyil".

Səxavət Əlisoy Xəyyam adlı gəncə işarə edərək deyib ki, ölkə mediası yaxın günlərdə Müsavatda yeni "sima" ilə tanış olacaq: "Hesab edirəm ki, Azərbaycan mediası yaxın zamanda yeni "kadr" ilə tanış olacaqlar. Elələri var ki, bu insanın yanında toya getməli olacaq".

İntizarə Məmmədova