XİN başçısı Tiflisdə Heydər Əliyev parkında olub FOTO

19 Fevral 2015 16:13 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfər çərçivəsində Tiflisdə yerləşən Heydər Əliyev parkında olub. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, E. Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.