"Toyuqların şişirdilməsi ilə bağlı məsələ olduqca ciddidir. Aidiyyatlı qurumlar məsələ ilə bağlı ictimaiyyəti düşündürən sullara ətraflı cavab veriblər. Amma hər birimiz Azərbaycanda yaşayırıq". Bu fikirləri SİA-ya millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov qeyd olunan məsələyə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, əhali həm kənd toyuğundan, həm də broyler toyuğundan istifadə edir: "Bunların arasında fərq həddən artıq nəzərə çarpır. Bu və ya digər səbəblərdən də toyuqların alıcılıq qabiliyyətində kəskin şəkildə azalma müşahidə edilməkdədir. Fikrimcə, baytarlıq idarələri bununla bağlı ciddi mexanizm hazırlamalıdır ki, bu kimi nöqsanlara yol verilməsin. Əks halda, fermer təsərrüfatının vəziyyəti olduqca çətinləşə bilər".
İqtisadçı ekspert xatırladıb ki, ölkə prezidentinin təsdiq etdiyi Ərzaq təhülkəsizliyi Dövlət Proqramına uyğun olaraq Azərbaycan özünü 2020-ci ilə kimi heç bir problem olmadan ərzaqla tam təmin etməlidir: "Ölkəmizin öz məhsulu ilə əhalini təmin etməyə imkanları çatır. Buna görə də, xaricdən idxal edilən məhsul azalmağa doğru gedir".
İntizarə Məmmədova