Millimiz yoldaşlıq oyununda heç-heçə edib

19 Fevral 2015 13:36 (UTC+04:00)

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, millimizin budəfəki rəqibi də Belarus yığması olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Auqusto Sezar və Eduardo Mello vurub.

Xatırladaq ki, bu komandalar arasında fevralın 17-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə yekunlaşmışdı.