Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev fevralın 20-də Cəlilabad rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qəbulda Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı, Masallı rayon sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayonu Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.