Gömrükdə narkotik əməliyyatı

19 Fevral 2015 11:57 (UTC+04:00)

Azərbaycan gömrük xidmətinin əməkdaşları heroin aşkar edib. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Tofiq Abbasovun üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 0,952 qram olan narkotik vasitə - heroin aşkar edilib.