Teleaparıcı Samir Bayramlı şəxsi həyatından söz açıb. SİA-ya açıqlama verən Samir hələ ki, ailə qurmaq istəmədiyini deyib: "Subay aparıcılar arasında yaşda ən balacası mənəm. Hələ ki, 29 yaşım var. İşlərim səhmana düşəndən sonra bəlkə evlənmək haqqında düşünərəm. Amma 3 gündən sonra vağzalı çaldıra bilərəm (gülür). Onu da deyim ki, namizədim yoxdur. Çünki camaat məndən qorxur. Deyirlər ki, lovğayam, acıdiləm. Odur ki, nə vaxt qismət olar ailə quraram".