Növbəti 1/8 mərhələsinin oyunu zamanı zəkalar "Pun müharibələri" mövzusunda olan biliklərini nümayiş etdiriblər. Hər üçü də Bakı Dövlət Universitetinin tələbələri olan zəkalar Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Anar İsmayılov, sarı yolda Azərbaycan Xəyal Məmmədov, yaşıl yolda isə Fərahim Hüseynzadə olmaqla mübarizə aparıblar. Mübarizədən Anar İsmayılov üzüağ çıxaraq ¼ final mərhələsinə vəsiqə qazandı. Oyun barədə SİA-ya layihənin rəhbəri Aydın Piriyev fikirlərini bölüşüb: "Anar İsmayılov keçən ildə parlaq oyun nümayiş etdirərək tamaşaçıların yaddaşında qalmışdı. Ancaq təəssüf ki, yarımfinalda bəxt üzünə gülmədi. Bu il mübarizənin sonuna qədər bu oyunda olduğu kimi inadkar oyun arzu edirəm. Ümid edək ki, heç bir maneə onun parlaq qələbəsinə kölgə salmayacaq."
Qeyd edək ki, "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.