Angela Merkel etiraf etdi

16 Fevral 2015 20:52 (UTC+04:00)

Ukraynanın şərqində sülhə nail olmaq "çox çətin"dir. Bunu fevralın 16-da Berlində keçirilən mətbuat konfransında Almaniya Kansleri Angela Merkel etiraf edib. TASS informasiya agentliyi xəbər verir ki, bir qədər əvvəl Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç Ukraynada atəşkəs rejiminə "müəyyən qədər əməl olunduğunu" bildirib.

O, həmçinin hazırda Minsk razılaşmasının həyata keçirilməsinə nəzarət etdiklərini deyib.