80 min dollarlıq cinayət

16 Fevral 2015 15:58 (UTC+04:00)

Bakıda avtomobildən 80 min dollar pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 14-də Nizami Qasımova məxsus "Toyota" markalı avtomobildən 80 min ABŞ dolları pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Sadiq Ağayev və Füzuli rayon sakini Qaməddin Əliyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.