Onlayn sınaqdan 480 bakalavr istifadə edib

16 Fevral 2015 14:12 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün fevralın 13-dən etibarən onlayn sınaq imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq 480 nəfərdən artıq bakalavr onlayn sınaq imtahanından istifadə edib.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Bakalavrlar əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/online_ex.aspx) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilirlər.