Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul fevral ayının 24-də saat 11ºº-da Ağdaş şəhərində Heydər Əliyev Mərkəzində olacaq.
Nəzərinizə çatdıraq ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli- Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.